“Borussiya”nın (Dortmund) gənc yarımmüdafiəçisi Marko Roys "Barselona"ya keçə bilər. Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçunun meneceri “Barselona” nümayəndələri ilə görüşüb.
Klub nümayəndələri ilə baş tutan görüşdə Roysun meneceri futbolçunun “Barselona”ya keçidinə razı olduğunu bildirib.
Dortmund klubu futbolçu üçün 35 milyon avro ödəniləcəyi təqdirdə transferə heç bir çətinlik yaratmayacağını açıqlayıb.
Qeyd edək ki, Roys ilə “Mançester Yunayted” də maraqlanır. ”Qırmızı şeytanlar” futbolçu üçün Şinzi Kaqava və müəyyən miqdarda pul təklif etməyə hazırdı.





