"Real Madrid"in futbolçusu Serxio Ramos komanda yoldaşı Kriştianu Ronaldonun “Qızıl Top” üçün şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, Ramos Ronaldonun ən böyük rəqibi olan Lionel Messi qarşısında bir addım öndə olduğunu deyib:
"Bu il mükafatı Ronaldo qazanmalıdı. Çünki Ronaldonun dünyanın ən yaxşısı olaraq göstərilən Messidən bir addım öndə olduğunu düşünürəm. “Qızıl Top” komandanın yox, futbolçunun çıxışına görə verilir. Onun şəxsi xüsusiyyətləri seçimə təsir etməməlidi”.





