Dünyaca məşhur portuqal futbolçu Kriştianu Ronaldo haqqında yayılan xəbərlər idman mətbuatında şok təsiri yaradıb. Rusia KİV-ləri forvardın Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ilə yatdığını iddia edib.
 
Futbolinfo.az xəbər verir ki, bu iddianı Özbəkistan xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları Rusiya mətbuatına sızdırıblar. Məlumatda bildirilir ki, 2009-cu ildə Daşkənddə olan Ronaldo gecəni Gülnarə Kərimova ilə keçirib. Hadisə noyabr ayının 22-nə təsadüf edib.
 
Bu xəbər məşhur Amerika jurnalı "Forbes"də daha geniş dərc olunub. Jurnalın verdiyi məlumata görə Kərimova noyabrın 22-dən 23-nə keçən gecəni Portuqaliya yığmasının lideri ilə keçirmək istəyib. İddiaya görə, Kərimova futbolçunu buna məcbur edib.
 
Qeyd edək ki, həmin ərəflərdə Kriştianu həqiqətən də Özbəkistanın paytaxtı Daşkənddə olub. Ulduz futbolçu bura Forum Fonduyla əməkdaşlıq çərçivəsində master-klass üçün yollanmışdı.
Shares: