İspaniyanın "Barselona" klubu Türkiyə "Beşiktaş"ınım portuqaliyalı ulduzu Huqo Almeydanı transfer siyahısına alıb. Futbolinfo.az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" nəşri informasiya yayıb.
Almeydanın "Beşiktaş"la müqaviləsinin vaxtı 2014–cü ildə bitəcək. Bunu nəzərə alan Kataloniya klubu portuqaliyalı forvardı heyətinə qatmağı planlaşdırır.
Bu siyahıya Dortmund "Borussiya"sının (Almaniya) polşalı hücumçusu Robert Levandovski , İngiltərənin "Mançester Siti" klubunun argentinalı futbolçusu Serxio Aquero da var.





