"Barselona"nın futbolçusu Pedro Rodriqes azarkeşləri təəccübləndirəcək addım atıb. Futbolinfo.az xəbər verir ki, o katalonların əzəli rəqibi olan Madrid “Real”ının lideri Kriştianu Ronaldoya arxa çıxıb.
Belə ki, bir müddət öncə FİFA prezidenti Yozef Blatterin portuqaliyalı haqqında dediyi mənfi fikirlər Pedronun xoşuna gəlməyib. İspan futbolçu Blatterin hərəkətlərinin yol verilməz olduğunu deyib:
“İnsanlara böyük hörmətlə yanaşmaq lazımdı. Başa düşürəm ki, onun öz fikri var, hansı ki, hərənin seçiminə hörmət etmək lazımdı. Ancaq onun Ronaldo haqqında dediyi sözlər düzgün deyildi”.
Xatırladaq ki, Blatter Ronaldo və Messini müqayisə edərək birincinin Leoya nisbətdə bərbərdə daha çox vaxt keçirdiyini bildirmişdi.





