“Rəqibin ifasında yaxşı futbol gördük. Biz ancaq matçın son 20 dəqiqəsində yaxşı oynadıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
 
Millimiz bu gün Bişkekdə Qırğızıstan yığması ilə keçirdiyi yoldaşlıq görüşündə qolsuz bərabərə qaldı. Almaniyalı çalışdırıcı matçdan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:
 
"Komanda kombinasiyalı oyun göstərməyə çalışdı. Qələbə qazanmalı idi. Yenə deyirəm, komandamızın yalnız son 20 dəqiqədəki çıxışından razıyam. Milli komanda baş məşqçiyə görə yox, ölkə üçün oynamalıdırlar. Futbolçular oyuna ciddi yanaşmadılar. Deyə bilmərəm ki, bu yığmada sonuncu oyunum idi".
 
Foqts bildirib ki, bəzi futbolçulardan narazı qalıb: “Sizinlə görüşməyə, müzakirə aparmağa hər zaman hazıram. Bu gün bəzi oyunçuları sınadıq. Narazı qaldıqlarım oldu. Topsuz oynaya bilmirlər. Komandada problemlər var”. (apasport.az)
Shares: