Çinin "Quançjou Fuli" klubunun baş məşqçisi vəzifəsində çalışan Sven Qoran Erikssonun keçmiş həyat yoldaşı Nansi Dell Olio şok açıqlamaları ilə diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, Olio İngiltərənin “Daily Mail” qəzetinə müsahibəsində 9 il sevgi macərası yaşadığı məşhur mütəxəssisin seks həyatından danışıb:
 
“Erikssonla sevişmək İKEA-dan hazır olmayan mebel alıb, onu qaydasında, ancaq təlimatla düzəltməyə bənzəyirdi. İstənilən adam məni Sven Qorandan daha yaxşı razı sala bilərdi. Bir gün oyunlardan əvvəl onu tanımadığım bir qadınla sevişərkən gördüm. Düşünürəm ki, məni razı salmaq üçün məşq edirdi. Daha sonra isə Erikssonu yataqda televiziya aparıcısı Ulrika Consonla yaxaladım. Məncə Maykl Dublas kimi, o da seks müalicəsi almalıdı”.
Shares: