“Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə futbolinfo.az saytına futbolçunun özü məlumat verib.
Topaz Premyer Liqasının 13-cü turunda “Neftçi” ilə qarşılaşmada zədələnən İsmayılov hazırda həkimlərinin nəzarəti altındadı. 2 həftəlik müalicədən sonra yüngül məşqlərə başlayacaq futbolçu 3-cü həftədən oyunlarda iştirak edə biləcək.





