İngiltərənin “Mançester Yunayted” klubu heyətini Madrid “Real”ının yarımmüdafiəçisi Ahhel Di Mariya ilə gücləndirmək istəyir. Futbolinfo.az xəbər verir ki, mankunyanlar argentinalı futbolçunu qış transfer dönəmində almaq niyyətindədi.
“Qırmızı şeytanlar” Di Mariyaya görə qarşı tərəfə 21 milyon avro ödəməyə hazırdı. Amma çətin ki, “Real” 25 yaşlı futbolçunu başqa komandaya buraxsın. Belə ki, baş məşqçi Karlo Ançelotti zədəli Sami Hediranın mövqeyində məhz argentinalı futbolçunu oynatmağı planlaşdırır.





