Milan “İnter”inin baş məşqçisi Valter Matsarri PSJ-nin ulduz futbolçusu Edinson Kavani ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, “La Reppublica”ya danışan Matsarri sabiq yetirməsini komandasında görməyi çox istədiyini deyib:
“Kavani haqqında nə deyə bilərəm ki? Onun “Palermo”dan “Napoli”yə gəldiyi günü xatırlayıram. Uruqvaylı hücumçunun bu günlərə gəlməsində mənim də payım olduğuna inanıram. Əlbəttə ki, onunla yenidən çalışmaq istəyərəm, amma azarkeşlərimizi həyəcanlandırmaq istəmirəm. Bu transfer bir az vaxt apara bilər”.
Qeyd edək ki, Matsarri və Kavani ötən mövsümün sonunda “Napoli”ni tərk edib.





