"Barselona" Dortmund “Borussiya”sının futbolçusu Marko Roysun nümayəndələri ilə rəsmən görüşüb. Futbolinfo.az xəbər verir ki, bu barədə “Goal.com” informasiya yayıb.
 
Kataloniya klubunun idman direktoru Andoni Subisretta agent Folker Ştrutla danışıqlar aparıb. Futbolçunun hazırki müqaviləsi 2017-ci ildə başa çatır.
 
Qeyd edək ki, onun müqavilsəində yer alan maddəyə görə, Roysu 2015-ci ilə qədər  35 milyon avroya almaq olar. 
Shares: