Türkiyə Super Liqasında bu mövsüm fırtına kimi əsən lider "Fənərbaxça"da heyətə düşə bilməyən oyunçulara ödənilən pullar qardaş ölkə mətbuatında müzakirə mövzusuna çevrilib. Futbolinfo.az xəbər verir ki, İstanbul klubunda ilk 11-liyə düşməyən həmin futbolçular və və qazancları aşağıdakı kimidi:
Sərdar Kesimal
2 mövsüm əvvəl Kayseridən mübadilə yolu ilə transfer edilən Sərdar zədələndikdən sonra heç cür toparlana bilmir. 24 yaşlı müdafiəçi "sarı-lacıvərdli" klubdan illik 1 milyon 200 min avro pul alır. Lakin o, bu mövsüm Liqada heç forma geyməyib.
Mixal Kadleç
"Fənərbaxça"nın mövsüm başında "Bayer"dən böyük ümidlərlə transfer etdiyi çexiyalı müdafiəçi üçün 4.5 milyon avro xərc çəkilmişdi. Klubla 3 illik razılaşma imzalayan Kadleç illik 2 milyon 100 min, matç başına isə 10 min avro alır. Kadleç bu mövsüm liqada yalnız 1 matçda forma geyinib.
Jozef Yobo
"Everton"dan icarəyə götürülən nigeriyalı müdafiəçinin transfer hüquqları ötən mövsümün əvvəlində 2.5 milyon avroya alındı. 33 yaşlı oyunçu klubdan ilinə 2 milyon 100 min, matç başına isə 10 min avro alır. Yobo da bu mövsüm liqada yalnız 1 matçda forma geyə bilib.
 
Semih Şentürk
Əvvəlki mövsümlərdə sonradan da olsa, meydana çıxan, matçların taleyini dəyişən Semih bu mövsüm ona da həsrət qalıb. 30 yaşlı futbolçu "Fənərbaxça"dan ilinə 1 milyon 850 min avro ödəniş alır.
 
Samuel Holmen
"Fənərbaxça" isveçli oyunçuya illik 1 milyon 300 min avro pul verir. 29 yaşlı yarımüdafiəçi hər oyuna görə 15 min avro qazansa da, bu mövsüm liqada yalnız 3 matçda forma geyib.
 
Hasan Ali Kaldırım
Aykut Kocamanın dövründə "Fənərbaxça" müdafiəsinin vazkeçilməzi olan Hasan Ali Kaldırım Ərsun Yanalın gəlişiylə ehtiyatda qalmağa başlayıb. "Fənərbaxça"dan ilinə 1 milyon 100 min avro pul alan bu futbolçu həmçinin hər oyuna görə 16 min avro qazanmaq şansına malikdi. Halbuki, 23 yaşlı futbolçu bu mövsüm liqada cəmi 2 matçda belə bir şans görüb.
 
Bəkir İrtegün
Siyahıda iştirak edən digər oyunçularla müqayisədə Bəkir daha çox oynamaq şansı qazanıb. Amma əvvəlki mövsümlə müqayisədə onun üçün də cari mövsümü uğurlu saymaq olmaz. İrtehün bu il yalnız 5 matçda forma geyinib. Ulduz oyunçu ilinə 1 milyon 350 min avro pul alır.
 
YUSİF CƏLİLLİ
Shares: