"Arsenal"ın yarımmüdafiəçisi Santi Kasorla İspaniya millisindəki komanda yoldaşı Xavi haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, o, Xavinin xələfi kimi göstərilməsindən məmnun olduğunu, lakin sələfinə çatmaq üçün hələ çox çalışacağını vurğulayıb:
 
"Xavini əvəz etmək çətin iş deyil. Bu sadəcə mümkün deyil. O, sadəcə unikaldı. Onunla müqayisə olunmaq artıq bir komplimentdi. Təkrar edirəm, Xavinin tayı-bərabəri yoxdu və onu əvəz etmək mümkün deyil. Buna baxmayaraq, hesab edirəm ki, millinin gələcək taleyi etibarlı əllərdədi. Çoxlu gənc istedadlı futbolçularımız var. Məsələn, Xuan Mata, Serxio Buskets, Alberto Moreno, Mark Bartra, İsko. Hamısı çox yaxşı futbolçulardı".
Shares: