İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç DÇ-2014-ün pley-off mərhələsində Portuqaliya ilə oyundan (2:3) sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu məğlub olduqları qarşılaşma haqda bunları deyib:
 
"Çox yaxşı oyun nümayiş etdirdik. Qapımızda görüdüyümüz qolların çoxu əks hücumlarla vuruldu. Hesab 2:1 olduğu zaman 3-cü dəfə fərqlənməyə çalışdıq. Ancaq qapımızda daha bir qol gördük. Bundan sonra isə işimiz çətinləşdi. Bu mənim üçün bəlkədə son dünya çempionatı olacaqdı. Amma bir reallıq var ki, mənim olmadığım bir dünya çempionatı izlənilməz. Portuqaliyanı təbrik edirəm. Hər iki komanda dünya çempionatına getməyə layiq idi".
 
Qeyd edək ki, dünənki matçda İbrahimoviçin dubluna Kriştianu Ronaldo het-triklə cavab vermişdi.
Shares: