“Neftçi”nin futbolçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığması növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, hücumçunun komandası Asiya çempionatının seçmə mərhələsində Honkonq yığması ilə qarşılaşıb.
Bu matçda özbəkistanlılar 2 cavabsız qolla qələbə qazanıblar.
 
Nasimov bu matçın 46-cı dəqiqəsində meydana çıxıb. Komandası qələbə gətirən qollara da məhz onun meydanda olduğu dəqiqələrdə imza atıb.
 
Bu qələbə Özbəkistan yığmasının Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanması ilə nəticələnib. 
Shares: