"Beşiktaş"ın hücumçusu Uqo Almeyda yanvardan etibarən Madrid “Atletiko”sunda forma geyə bilər. Futbolinfo.az xəbər verir ki, "Marca" qəzeti portuqal hücumçunun təzminat qiymətinin 50 faizinə sahib olan "Gestufute" şirkətinin bu hissəni paytaxt təmsilçisinə satdığını yazıb.
“Atletiko” rəsmiləri də oyunçu ilə maraqlandıqlarını təsdiqləyib. Klubun artıq "Beşiktaş"la da danışıqlara başladığı bildirilir.





