Əlcəzair millisinin Braziliyada keçiriləcək  futbol üzrə dünya çempionatına vəsiqə qazanması böyük coşqu ilə qeyd edilib. Futbolinfo.az xəbər verir ki, bayram bir anda matəmə dönüb.
 
Belə ki, oyunu izləməyə gələrkən 3 fərqli yerdə 12 futbolsevər ölüb. Əlcəzairin şərqində fanatları daşıyan avtofurqonun dağdan aşması nəticəsində 5 azarkeş, ölkənin cənubundakı avtomobil qəzasında isə 4 nəfər həlak olub. Daha 3 futbol fanatının həlak olması barədə də məlumat verilib.
 
Xatırladaq ki, Əlcəzair son oyunda Burkina – Fasonu 1:0 hesabı ilə məğlub edib.
Shares: