Londonun "Çelsi" klubunun futbolçusu Eşli Koul 1 həftəlik sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin Almaniya ilə yoldaşlıq oyununda zədələnən cinah müdafiəçisi həkimlərdən mənfi xəbər alıb.
 
Bu isə o deməkdi ki, Koul premier-liqada "Aston Villa" ilə matçda iştirak etməyəcək.
 
Qeyd edək ki, İngiltərə – Almaniya matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Shares: