"Qəbələ"nin baş məşqçisi Yuri Syominin futbolinfo.az saytına müsahibəsi
– Sabah AZAL-la oyun var. Komanda bu görüşə necə hazırlaşıb?
– Millidən qayıdan futbolçularla birgə məşq etmək üçün vaxt az olub. Ürfan Abbasovdan başqa hamı oyuna hazırdı. Öz rejimimizlə bazada məşqlərimizi edirik. Düşünürəm ki, maraqlı oyun keçəcək.
– Heyətlə bağlı sizi narahat edən problemlər var?
– Xeyr. Bu gün üçün heyətlə bağlı narahatçılığım yoxdu.
– Millinin oyunları ilə bağlı yaranmış fasilə komandaya faydalı oldu, yoxsa əksinə?
– Bunu sabahkı oyun göstərəcək. Amma mənim daha çox fasiləsiz çempionat xoşuma gəlir. Bu zaman futbolçular da sabit oyun sərgiləyir. Belə böyük fasilə xoşagəlməzdi.
– Bunu sabahkı oyun göstərəcək. Amma mənim daha çox fasiləsiz çempionat xoşuma gəlir. Bu zaman futbolçular da sabit oyun sərgiləyir. Belə böyük fasilə xoşagəlməzdi.
– Son turları "Qəbələ" üçün uğurlu saymaq olmaz. Əvvəlcə "Qarabağ"a məğlubiyyət, sonra "Xəzər Lənkəran" ilə qolsuz heç-heçə… Sizcə bu uğursuzluğa səbəb nədi?
– Əvvəla, bunlar çox ciddi oyunlar idi. Hər ikisi yaxşı komandadı. Buna baxmayaraq, biz yaxşı oyun sərgilədik. Bu gün üçün biz yəqin ki, yalnız "Qarabağ"dan güclü deyilik. "Xəzər Lənkəran"la matç isə əlverişsiz hava şəraitində keçdi. Həmçinin vurduğumuz təmiz qolu hakim ofsayd olaraq dəyərləndirdi. Ümumilikdə, yaxşı oynadığımızı düşünürəm.
– "Qarabağ"la matçda Elnur Allahverdiyev rəqib azarkeşlərə qarşı xoşagəlməz jest etsə də, klub onu cəzalandırmadı. Sizcə, bu komandada intizamsızlığı daha da artırmayacaq ki?
– Mən həmin epizodu görməmişəm. Ona görə şərh edə bilməyəcəm. İlk dəfə sizdən eşidirəm. Təbii ki, belə hərəkəti alqışlamıram. Həqiqətən belə jest edibsə, biz ona öz iradımızı bildirəcəyik.
– Mən həmin epizodu görməmişəm. Ona görə şərh edə bilməyəcəm. İlk dəfə sizdən eşidirəm. Təbii ki, belə hərəkəti alqışlamıram. Həqiqətən belə jest edibsə, biz ona öz iradımızı bildirəcəyik.
– "Qəbələ" artıq liderlərdən uzaqlaşmağa başlayıb. Necə düşünürsüz, komanda lazım olan xalları toplaya, fərqi azalda biləcək?
– Əlbəttə, bacaracağıq. Biz liderlərlə qarşılaşmışıq. "Neftçi" və "Qarabağ"a bir top fərqi ilə məğlub olmuşuq. Hazırda "Qəbələ" qarşısına qoyduğu məqsədi yerinə yetirir.
– Çempionluq yarışında ən əsas rəqib kimi görürsüz?
– Sözsüz ki, bu, "Qarabağ" və "Neftçi" komandalarıdı. Onların çoxdan formalaşmış heyətləri var. Oyunçular bir-biriini yaxşı tanıyırlar. Bizdə yeni komandadı. İki ay ərzində yeni komanda qurub, çempion olmaq asan iş deyil.
– Azərbaycan millisi Estoniya və Qırğızıstanla oyunlarda qələbə qazana bilmədi. Bunu necə qiymətləndirə bilərsiz? Ümumiyyətlə, sizcə AFFA Berti Foqtsla işbirliyini davam etdirməlidi?
– Milli komanda haqqında heç nə danışmaq istəmirəm. Bunu qoy başqaları şərh etsin. Mən yalnız komandamın oyunlarını şərh edə bilərəm. Bu, mənim işim deyil. Düzgün başa düşün.
– Milli komanda haqqında heç nə danışmaq istəmirəm. Bunu qoy başqaları şərh etsin. Mən yalnız komandamın oyunlarını şərh edə bilərəm. Bu, mənim işim deyil. Düzgün başa düşün.
KƏMALƏ İSMAYILOVA





