"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Bakı" ilə oyundan sonra jurnalistlərlə görüşdən imtina edib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın uelsli çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra mətbuat konfransına gəlməyib.
Maraqlıdı ki, baş məşqçinin köməkçisi Emin Quliyev də jurnalistlər qarşısına çıxmayıb. Çox güman ki, buna görə AFFA İntizam Komitəsi "Xəzər Lənkəran"ı cərimələyəcək.
Cənub klubunun futbolçuları da mətbuata açıqlama verməkdən imtina ediblər.
Sonda onu da bildirək ki, bu görüşdə cənublu fanatlar klubun vitse-prezidenti Tuyqun Nadirovla yanaşı, Toşakı da istefaya səsləyiblər. Lakin onun biabırçı məğlubiyyətdən sonra postundan gedib-getməyəcəyi bilinmir.





