"Beşiktaş" "Atletiko Mineyro"da forma geyən Ronaldoniyonun transferi üçün rəsmən danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki,bir müddətdi “sambaç”ını heyətinə qatmaq istəyən İstanbul klubunun rəsmiləri Braziliyaya yollanıb.
 
Tərəflər arasında ilkin danışıqlar aparılıb. “Qara qartal”ın menecerləri Ayhan Yeşilbaş və Furkan Şenol Ronaldinyo görüşün şəklini də yayınlayıb.
 
Qeyd edək ki, forvard sözləşməni qəbul edərsə, illik 3 milyon avro qazanacaq. Bundan başqa futbolçuya hər oyun üçün 25 min avro ödəniləcək.
Shares: