Madrid "Real”ı maddi vəziyyəti yaxşı olmayan ailələr üçün yardım kampaniyasına start verib. Futbolinfo.az xəbər verir ki, bu gündən etibarən duz, şəkər, un, ət, kamaron və s. kimi ərzaqlardan ibarət ən azı 5 kq-lıq yardım paketi gətirəcək 2000 adama Çempionlar Liqasında "Real” – "Qalatasaray" matçına bilet veriləcək.
 
Qeyd edək ki, kampaniya oyunun keçiriləcəyi günə, yəni noyabrın 27-nədək davam edəcək. Əldə olunan ərzaqlar yoxsul ailələrə paylanacaq.
Shares: