“Mançester Yunayted"in baş məşqçisi Devid Moyes klubun keçmiş futbolçusu və hazırda Madrid "Real"ının formasını geyinən Kriştianu Ronaldo haqda danışıb. Futbolinfo.az xəbər verir ki, şotlandiyalı mütəxəssis açıqlamasında portuqaliyalı hücumçunun bir gün sabiq komandasına dönəcəyinə inandığını deyib:
 
"Burada hər kəs Ronaldonun dünyanın ən yaxşısı olduğunu söyləyir. Çox təəssüf ki, onunla bərabər çalışa bilməmişəm. Ümid edirəm ki, bir gün Ronaldo "Old Trafford"a geri dönəcək".
 
Ronaldo 2003-09-cu illərdə MY-də top qovub.
Shares: