"Qalatasaray" klubu UEFA tərəfindən cəzalandırılıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə oyunda (1:0) "Cim-Bom" azarkeşlərinin stadionda məşəl yandırması və qalmaqal yaratması olub.
 
Ali futbol qurumu azarkeşlərin bu hərəkətinə görə, "Qalatasaray"ı 100 min avro cərimələyib.
Shares: