Stadium.az saytının təşkilatçılığı və PFL-in sponsorluğuyla təşkil edilən Jurnalistlərin Həmrəylik Kubokunun püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, “Futbol+” qəzetinin redaksiyasında Təşkilat Komitəsinin və bir çox idman jurnalistinin şahidi ilə tam şəffaf şəkildə təşkil olunan püşkatma mərasimindən sonra qruplar bəlli olub.
 
10 komandanın iştirak etdiyi turnirdə 2 qrup müəyyənləşib və hər qrupda 5 komanda yer alıb:
 
A qrupu
“Het Trik News” qəzetinin Birləşmiş komandası (B.K), “İdmanxeber.com” saytı B.K, “Komanda” qəzeti və “Rekord.az” saytı B.K, “Stadium.Az” saytı B.K, “Futbolinfo.az” saytı B.K.
 
B qrupu
Klubların Mətbuat Xidmətlərinin Birləşmiş Komandası (KMXBK), “İdman Azərbaycan” televiziyası, “Sportal.az” saytı B.K, “Sportmedia.az” saytı B.K, “Futbol+” qəzeti.
 
İlk turun oyunları
 
26 Noyabr
A qrupu
11:00. “Het Trik News” – “Futbolinfo.az” və “İdmanxeber.com” – “Stadium.Az”
“Komanda” qəzeti və “Rekord.az” saytı B.K istirahət edir
 
B qrupu
12:00 KMXBK – “Futbol+” və “İdman Azərbaycan” – “Sportmedia.az”
“Sportal.az” saytı B.K istirahət edir.
 
Hər qrupdan iki komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Burada A qrupunda 1-ci yeri tutab komandayla B qrupunda 2-ci yeri tutan komanda, B qrupunda da 1-ci yeri tutan komandayla A qrupunda 2-ci yeri tutan komanda qarşılaşacaq. Bu oyunlardan sonra isə finalçılar və üçüncü yer uğrunda oynayacaq komandalar müəyyənləşəcək. 1-ci yerin sahibinə kubokla yanaşı 2000 manat, 2-ci yer tutana 1500 manat, üçüncüyə isə 1000 manat məbləğində mükafat veriləcək.
Shares: