“Barselona”nın baş məşqçisi Xerardo Martino “Qranada” ilə oyun üçün heyəti müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis komandaya 2 gənc forvard çağırıb.
Bunlar Adam Traore və Jan Mari Donqudu. Adam “Barsa”nın ən böyük gələcək vəd edən forvardlarından biridi. Donqu isə cinah hücumçusu funksiyasını yerinə yetirir.





