Almaniyanın "Bavariya" klubunun və Fransa millisinin yarımmüdafiəçisi Frank Riberi "Qızıl top" mükafatı ilə bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu bu mükafatı "Real" (Madrid) klubunun futbolçusu Kriştianu Ronaldonun haqq etdiyini bildirib:
“Hər kəs Ronaldonun super futbolçu olduğunu bilir. Təbii ki, o da bu mükafatı qazanmağı haqq edir. "Qızıl top" il boyu nümayiş etdirilən oyuna görə verilir. Bu il mən də iddialıyam. İnsanların doğru seçim edəcəyindən əminəm və çox rahatam".
Qeyd edək ki, "Qızıl top"un yeni sahibinin adı gələn il yanvar ayının 13-də açıqlanacaq.





