Xəbər verdiyimiz kimi, "Qarabağ" Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Rəvan"la oyuna ciddi itkilərlə çıxıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun aparıcı yarımmüdafiəçisi Riçard Almeyda, eləcə də müdafiəçi Admir Teli bu qarşılaşmada komandasına kömək edə bilmir.
 
Buna səbəb Telinin zədəli, Riçardınsa cəzalı olmasıdı. Bu üzdən Admir "Rəvan"la görüşü məşqçiləri ilə birgə texniki zonadan, braziliyalı yarımmüdafiəçi isə tribunadan izləyir.
 
Qeyd edək ki, son dövrlər zədəli olan müdafiəçi Rəşad Sadıqov artıq zədəsini sağaldıb və bu görüşün ilk dəqiqələrindən meydandadı. Komandanın aparıcı üzvlərindən olan hücumçu Vüqar Nadirov ehtiyatda olduğu halda, İlqar Qurbanovun ilk "18-lik"də olması diqqət çəkir.
Shares: