Madrid "Atletiko"su Çempionlar Liqasının qrup mərhələsində "Zenit"lə matça elə də böyük önəm vermir. Buna görə də baş məşqçi Dieqo Simeone Peterburqa əsasən ehtiyat oyunçuları aparıb.
 
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, növbəti mərhələyə vəsiqəni ötən tur təmin etmiş La Liqa təmsilçisi “Zenit”lə qarşılaşmada həm əsas heyətin üzvlərinə istirahət verəcək, həm də gənc oyunçuları sınaqdan keçirəcək.
 
Simeone Arda Turan, Dieqo Kosta, David Vilya, Felipe Luis, Kristian Rodriqes, Tiaqo Mendes və Dieqo Qodin kimi futbolçulara bu qarşılaşmada şans verməyəcək. Argentinalı mütəxəssəsinin qərarında Rusiyadakı soyuq hava, uzaq yol kimi faktorların da rolu var.
 
Qeyd edək ki, "Zenit" – "Atletiko" matçı sabah baş tutacaq.
Shares: