Bir müddətdi ki, "Barselona"nın lideri Lionel Messinin başqa kluba transfer olunacağına dair xəbərlər səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, nəhayət argentinalı bu söz-söhbətə nöqtə qoymaq məqsədilə özü açıqlama verib:
“Bəli, məni transfer etmək istəyən klublar var. Buna baxmayaraq, Kataloniyada qalmaq istəyirəm. Mənə hələ də "Barselona" formasının yaraşdığını düşünür və burada qalmağı arzulayıram. Bu mövsüm mənim üçün yaxşı keçmədi. Yaşıl meydanlara qayıdacağım günü səbirsizliklə gözləyirəm”.





