"Napoli"nin yarımmüdafiəçisi Marek Hamşik "Borussiya” ilə Çempionlar Liqası matçını buraxmalı olacaq. Futbolinfo.az xəbər verir ki, onun Dortmundda keçiriləcək qarşılaşmada forma geyməyəcəyini Neapol klubunun rəsmi saytı yayıb.
Buna səbəb isə Hamşikin İtaliya çempionatının XIII turunda “Parma” ilə oyunda zədələnməsidi.
Qeyd edək ki, Slovakiya millisinin üzvü 2007-ci ildən “Napoli”də çıxış edir.





