"Qarabağ hazırda "Volfsburq"a məxsus olan, lakin icarə əsasında "Ştutqart" da oynayan müdafiəçi Felipe Lopes transferinə aydınlıq gətirib. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov futbolinfo.az saytına açılqamasında sözügedən oyunçunu almağa hazırlaşdıqları barədə xəbərləri belə şərh edib:
"Bu xəbər çıxanda mən Qurban Qurbanovla söhbət etdim. O da xəbəri ilk dəfə məndən eşitdi. Hətta futbolçunun adını belə məndən öyrəndi. Felipe Lopes söhbəti tamamilə yalandı. Yanvarda transferlərimiz olacaq. Hazırda diqqət mərkəzində saxladığımız 4-5 futbolçu var. Transfer edəcəyimiz futbolçuların siyahısında həm yerli, həm də əcnəbi futbolçular yer alır. Transferin keyfiyyətini aşağa salmamaq üçün həmin futbolçuların adın açıqlamaq istəmirik. İnşallah vaxtı çatanda bu barədə ictimaiyyətə xəbər verəcəyik".





