“Neftçi” ilə oyunun çətin keçəcəyini bilirdik. Ancaq bu oyunda biz qələbəyə daha layiq, bunun üçüu daha istəkli idik. Zəhmətimizin bəhrəsi olaraq da bu oyunda haqlı qələbə qazandıq. Rəqibi hər baxımdan üstələyirdik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski deyib.
Futbolçu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “İnter” – “Neftçi” oyunundan sonra baş verən qalmaqalla da münasibət bildirib: “Rəqiblə aramızda qarşıdurma yarandı. Ancaq bunu bu qədər şişirdib, gündəmi ancaq bu xəbərlə zəbt etməyin. Futbolda hər şey olur. Ancaq bu qədər böyüdüb, yalan-yalnış uydurub, əlavələr deməyin mənası yoxdu. Əslində, biz bu haqda danışmamalıyıq”.
Shares: