Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, Premyer Liqadan Diviziona qədər cəza verən komitə "Neftçala"nın prezidentini cəzasız qoyub.
Belə ki, İK 1-ci Divizionun 11-ci turunda keçirilən "Qaradağ" – "Neftçala" (1:1) oyunundan sonra "Neftçala"nın prezidenti Famil Səfiyevin baş hakim Orxan Məmmədovu söyməsinə göz yumub.
Qeyd edək ki, adıçəkilən oyundan sonra baş hakim Orxan Məmmədov meydanı tərk edərkən Səfiyev onu söyüşə qonaq edib.





