Sabiq xorvat futbolçu Zvonimir Boban “Milan”ın qolçusu Mario Balotelli haqda gündəm yradan açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, forvardın özünü şişirtdiyini bildirib:
“Balotelli haqqında çox danışılır. Həyatı boyu bacardığı tək şey,digər klubların ehtiyat daxmasında oturmaq olub. Bizim dövrümüzdə o, futbol oynaya bilməzdi. Olsa olsa, ancaq Marko van Basten, Corc Vea və Andrey Şevçenko kimi oyunçuların çantasını daşıyan olardı. “Milan” forması ona yaraşmır. Ərköyün davranışları, bu klubda oynamağın dəyərini anlaya bilmədiyinin göstəricisidi. Marsel Desayli, Paolo Maldini və Franko Baresi onu görsə, yumruqlayardı”.
Qey edək ki, Boban 1991-2002-ci illərdə “Milan”da çıxış edib.





