"Xəzər Lənkəran"ın şərəfini qoruyan Duqlas Leytenin vətəninə qayıtmağa hazırlaşdığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçunun özü Braziliya mətbuatına açıqlama verib.
Guya o, Braziliyanın C Seriyasında mübarizə aparan "Quarani" ilə razılığa gəlib və "Xəzər Lənkəran"la yollarını ayırır. Lakin cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada bu xəbərləri təkzib edib:
"Bu cür xəbərlərin necə yayıldığını bilmirəm. Bu barədə mənim də məlumatım var. Duqlasla söhbət etdik. Mənə dedi ki, heç bir mətbuata açıqlama verməmişəm. Elə göstərilib ki, guya klub rəsmisi də bu barədə açıqlama verib. Lakin bunlar hamısı yalandı. Duqlas bizim komandadadı, heç bir yerə getməyə hazırlaşmır. Bunlar boş söhbətlərdi".





