Çempionlar Liqası çərçivəsində keçirilən "Ayaks" -"Barselona" matçında (2:1) bədbəxt hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, Amsterdam klubunun azarkeşlərindən biri qarşılaşmanı izləyərkən stadionda 5 metr yüksəklikdən yıxılıb.
Başı üstə yerə dəyən adamın vəziyyətinin ağır olduğu bildirilir. Hətta bəzi mənbələrdə onun öldüyü xəbərləri də yayılıb.





