"Rəvan" baxışa 2 legioner futbolçu dəvət edib. Futbolinfo.az xəbər verir ki, afrikadan olan futboloçular bir neçə gün komandanın düşərgəsində olub.
 
Şahin Diniyev saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "Bizə bir nəfər müraciət etdi ki, Bakıda futbolçularımız var. İstəyirsinizsə, onları yoxlayın. Mən də razılaşdım, onların oyununa baxmaq istədim. Hər iki futbolçunu əsas yox, əvəzedici heyətdə sınadım. Lakin heç birinin oyunu məni qane etmədi". 
Shares: