Topaz Premyer Liqasında 14-cü turun rəmzi komandası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:
 
Qapıçı: Lukaş Sapela (Rəvan);
 
Müdafiəçilər: Arif Daşdəmirov (İnter), Brüs Abdulay (İnter), İvan Benites (İnter), Ruslan Əmircanov (İnter);
 
Yarımmüdafiəçilər: Vaqif Cavadov (İnter), Abdulla Abatsiyev (İnter), Çumbinyo (Qarabağ), Aleksandr İaşvili (İnter);
 
Hücumçular: Sezar Meza Kolli (İnter), Rauf Əliyev (Bakı).
 
Ən çox qayda pozan oyunçu Sezar Meza Kolli (İnter), qayda pozuntusuna ən çox məruz qalan isə Draqan Çerandı (Simurq). Xuan Fransisko (AZAL) rəqibindən ən çox top alan futbolçudu. Hava mübarizələrində Brüs Abdulay (İnter), ötürmələrdə isə Rəşad Sadiqov (Neftçi) fərqlənib.
 
Turun ən yaxşı oyunçusu isə “İnter”in gürcüstanlı futbolçusu Aleksandr İaşvilidi.
Shares: