Türkiyə millisinin keçmiş futbolçusu və hazırda İspaniyanın “Vilyarreal” klubunda məşqçi kimi çalışan Nihat Kahveci "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançinini tənqid edib. Futbolinfo.az xəbər verir ki, o, İstanbul klubunun Çempionlar Liqasında "Real"a (Madrid) məğlubiyyətinin (1:4) ardınca twitter hesabında bu sözləri yazib:
 
"Mançini baş məşqçidirsə, mən də Joze Mourinyoyam. Böyük "Qalatasaray" indi nə vəziyyətə düşüb. Fatih Terim baş məşqçi idi. Komandanı o qurub. Mançini isə "Qalatasaray"a heç nə verməyib. On nəfərlə qalan və Kriştianu Ronaldosuz olan "Real"a qalib gələ bilmədilər. 1:6 hesabı ilə məğlub olduğumuz oyun bundan daha yaxşı idi".
Shares: