Bir çox ulduz futbolçunun menecerliyini edən Yorqe Mendesin gəlirləri hesablanıb. Futbolinfo.az xəbər verir ki, o, ümumuilikdə 600 milyon avroluq transfer reallaşdırıb.
 
Portuqaliyalı transfer bazarını yönləndirən əsas simalardan biri hesab olunur. Bir çox məşhur futbolçunu təmsil etməsi nəticəsində isə böyük pullar qazanır.
 
Mendesin ilk müştərisinin adı Nuno olub. Onu 1996-cı ildə "Vitoriya"dan "Deportivo"ya transfer edən Yorqe bununla menecerlik etməyə başlayıb. Bu keçid digər futbolçularla əlaqə qurmaqda ona yardım edib. Mendesin ilk böyük işi Yorqe Andrade və Uqo Vyananın transferi olub.
 
Portuqaliyalı menecerin məşhurlaşmasında Joze Mourinyonun da rolu olub. O, həmyerlisini böyük klubların baş məşqçisi postuna aparmaqla dünyanın ən tanınmış menecerlərindən birinə çevirilib. Mendes portuqaliyalı mütəxəssisi 2008-ci ildə "Çelsi"dən "İnter"ə apararaq onu dünyanın ən çox qazanan baş məşqçisinə çevirib.
 
Mendes ən bahalı transferini dünya rekordu qıraraq həyata keçirib. O, Kriştianu Ronaldonun "Mançester Yunayted"dən 96 milyon avro qarşılığında "Real"a keçidi həll etməklə dünyanın ən bahalı transferinə imza atıb.
 
Bu yayda Radamel Falkaonun "Atletiko"dan 60, Ceyms Rodrigesin isə "Portu"dan 45 milyon avroya "Monako"ya transferini reallaşdıran Mendes adından söz etdirib.
İspaniya mətbuatının hesablamlarına görə, məşhur menecerin sahibi olduğu "Gestifute" şirkəti indiyədək 600 milyon avroluq transfer həyata keçirib.
Shares: