Topaz Premyer Liqasının 15-ci turunda "Xəzər Lənkəran" doğma azarkeşlər önündə AZAL-ı qəbul edəcək. "Təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov futbolinfo.az saytına oyun öncəsi fikirlərini bildirib:
 
"Başa düşürük ki, çətin oyun olacaq. Qələbə qazanmağa çalışacağıq. Komanda qələbəyə köklənib. İtkilərdən danışmaq istəmirəm. Çünki biz komanda şəklində güclü olmalıyıq. Futbolçu meydana qələbə üçün çıxdığını başa düşməlidi. Rəqib yeni baş məşqçinin nəzarəti altında meydana çıxacaq. Bildiyimə görə, Mustafa Dənizli "Xəzər Lənkəran"ı kənardan izləyəcək. Bu da komandaya əlavə ruh yüksəkliyi verəcək. Biz də yalnız qələbə üçün meydana çıxacağıq".
 
Bundan başqa yerli mütəxəssis qış transfer pəncərəsində bir neçə transferin olacağını söyləyib: "Transferlə bağlı müzakirələrimiz olub. Bir neçə futbolçu transfer etmək istəyirik. Təbii ki, qışda transferlər olacaq. Artıq siyahımızda yer alan futbolçular var".
Shares: