Premyer Liqanın 15-ci turunda "Sumqayıt" öz meydanında "Neftçi"ni qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi rəqib komandada çıxış edən bəzi futbolçuların bu matçda oynamasını istəmir.
Belə ki, "Sumqayıt"da icarə əsasında forma geyən futbolçular – Kərim Diniyev, Slavik Alxasov, Elşən Abdullayev və Ruslan Qurbanovun taleyi hələ də qaranlıq olaraq qalır. Bu barədə saytımıza Sumqayıt klubunun mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda hələ də məsələ ilə bağlı danışıqların getdiyini, lakin yekun nəticənin olmadığı bildirilir. Oyunun sabah keçiriləcəyini nəzərə alsaq, məsələnin bu gün öz həllini tapacağını düşünmək olar.
Shares: