"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal klubun tarixinə düşüb. Futbolinfo.az xəbər verir ki, o komandanın tarixində mövsümə ən yaxşı başlayan çalışdırıcı olub.
 
İstanbul klubu bu mövsüm oynadığı 12 rəsmi matçın 10-da qalib gəlib, yalnız bir dəfə məğlub olub, bir  dəfə isə heç-heçə edib. Bu nəticə ilə Yanal 2000/01 mövsümündə "Fənərbaxça"nı çalışdıran Mustafa Dənizlinin rekordunu qırıb. Qeyd edək ki, Dənizlinin çalışdığı dönəmdə komanda ölkə çempionatıda ilk 12 oyundan sonra 8 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə üzləşmişdi.
 
Qeyd edək ki, "Fənərbaxça" hazırda 31 xalla Türkiyə Super Liqasına liderlik edir.
Shares: