Topaz Premyer Lİqasının 15-ci turunda səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq AZAL-ın heyətində ciddi itkilər var. Futbolinfo.az xəbər verir ki, ötən tur "Qəbələ" ilə oyunda sarı vərəqə alaraq cəzalılar sırasına düşən Viktor İqbekoyi də bu matçda iştirak etməyəcək.
 
Bundan əlavə paytaxt klubunda Xuan Fransisko və Orxan Həsənov zədəlidi. AZAL "Xəzər Lənkəran"la oyun öncəsi daha bir itki ilə üzləşib. Belə ki, komandanın aparıcı futbolçularından olan Yuri Fomenko məşq zamanı zədələnib. Onun cənublularla oyunda iştirakı sual altındadı.
Shares: