İtaliyanın “Milan" klubunun vitse-prezidenti Adriano Qalliani istefa verəcəyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bu barədə İtaliya mətbuatına danışıb.
Qalliani bildirib ki, Çempionlar Liqasında "Ayaks"la matçdan sonra komandadan ayrılacaq. İdarəçi səbəb olaraq "Milan"ın bu mövsüm uğursuz çıxışını göstərib.
Qeyd edək ki, bir müddət öncə "Milan"ın prezidenti Silvio Berluskoninin qızı Barbara Berluskoni Qalliani ilə fikir ayrılıqları yaşamışdı. O, vitse-prezidentin işini yaxşı görmədiyini bildirmişdi.
Xatırladaq ki, Qalliani 27 ildi "Milan"da çalışır.





