"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Bakı"yla oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
"Hücumda oyunumuz alınmadı, ancaq müdafiənin yaxşı intizamlı oyunu sayəsində və əlimizə düşən epizodu qola çevirməklə bu oyunda qalib gəldik. Düzdü, səhvlərimiz çox oldu. Lakin futbolçularım var gücləri ilə çıxış etdilər. Xarakter göstərdik və 3 xal qazandıq. Komandamı təbrik edirəm, irəliyə baxmalıyıq. “Neftçi” ilə yaxşı hücum futbolu oynadıq, bu gün isə hücumda oyunumuzun niyə alınmadığını müəyyənləşdirməliyik. Xahiş edirəm ki, bizim futbolçunu dirsəklə vurduqları epizodu aydınlaşdırsınlar. O, beyin silkələnməsi aldı. Heç vaxt futbolçumdan başqa futbolçunu sındırmasını istəməmişəm, bunu etmək olmaz. İnsanın əlindən çörəyini almaq olmaz. O, bunu öz sağlamlığı ilə qazanır. Ümid edirəm ki, İntizam Komitəsi bunu aydınlaşdıracaq. Bu hadisə mənim futbolçumun, oğlumun başına gəldiyi üçün demirəm. Bu – futboldu, boks deyil”.
Shares: