"Sumqayıt" rəhbərliyi Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində doğma divarlar arasında qarşılaşdıqları "Neftçi" ilə oyunun hakimliyindən narazı qalıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klub prezidenti Kamran Quliyev bəyanat verib.
 
O, 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra Fariz Yusifovun rəhbərlik etdiyi hakimlər briqadasının işini sərt tənqid edib. O, hətta belə davam edəcəyi halda "Sumqayıt"ın Premyer Liqanı tərk edəcəyini də dilə gətirib:

"Belə hakimlik Azərbaycan futboluna ləkədi. Bu, elə AFFA-ya, PFL-ə, Xaqani Məmmədovun da adına ləkədi. Bu qədər haqsızlıq olmaz! Biz milli üçün oyunçu yetişdiririk. Amma hansısa … bizə qarşı belə hərəkət edir. Fariz Yusifov oyunun sonlarında bizim təmiz penaltimizi vermədi. Halbuki, həmin epizodda yan xətt hakimi qayda pozuntusu qeydə almışdı. Hələ digər haqsızlıqları demirəm. Belə davam etsə, "Sumqayıt"ı çempionatdan çıxaracam. Biz belə haqsızlıqlarla dolu çempionatda oynamaq istəmirik".

Shares: