"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun çox ağır keçdi. Hava şəraiti də pis idi. İlk hissədə külək bizə qarşı idi. Amma çox şükürlər olsun ki, qələbə qazandıq. Bu çempionatda asan rəqib yoxdu. "Sumqayıt"la qarşılaşma da bizim üçün çətin oldu. Bu komandaya növbəti oyunlarda uğurlar arzulayıram".





