"Barselona"nın kapitanı Karles Puyol bu günki məşqdə iştirak etməyib. Futbolinfo.az xəbər verir ki, buna səbəb stopperin dizindən zədələnməsidi.
Hələlik 35 yaşlı müdafiəçi fərdi qaydada çalışır. “Atletik”lə oyunda kapitanın meydana çıxması sual altındadı.
Xatırladaq ki, çərşənbə axşamı Puyol Çempionlar Liqasında “Ayaks”la oyunun 68 dəqiqəsində meydanda olmuşdu.





